Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid zabitimiz dəfn edildi

Şəhid zabitimiz dəfn edildi
Sakura

Şəhid zabitimiz dəfn edildi

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazov dəfn edilib.

Şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

10:18

Dövlət Sərhəd Xidmətinin (DSX) İran-Azərbaycan sərhədində atışma nəticəsində şəhid olan baş leytenantı Samir Eyvazovla vida mərasimi keçirilir.

Şəhidimizin cənazəsi ailəsinin yaşadığı evə gətirilib.

Vida mərasimindən sonra şəhid Tovuzun Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, S.Eyvazov evli idi, bir azyaşlı övladı var.

Qeyd edək ki, mayın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonu­nun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub.

Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.

Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.

Hadisə yerində təxminən 10 kiloqram narkotik vasitəyə bənzər maddələr aşkarlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR