Şəhid və Qarabağ qazilərinin ailə üzvləri üçün ödənişsiz “Veb Dizayn” kursu başlayır
“Veysəloğlu” şirkətlər qrupu özünün Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətində “İstedadlı gənc” proqramı çərçivəsində yeni layihəyə start verir. Belə ki, şirkət sosial layihə olaraq, “Veb Dizayn" (saytın layihələnməsi, yaradılması və idarəedilməsi) kimi xeyriyyə xarakterli 3 aylıq kurslar təşkil etməyə hazırlaşır. Kursa Qarabağ qaziləri, şəhid ailələrinin övladları və ailə üzvləri (17-25 yaş arası) cəlb ediləcək.
Qeyd edək ki, 48 saatlıq proqram əsasında təşkil olunacaq kursu bitirən gənclərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı təqdim ediləcək. Dərslər Odlar Yurdu Universitetinin “Texnoparkında” “Peşəyönümlü təhsilin inkişafına yardım” ictimai birliyinin müəllimləri tərəfindən tədris olunacaq.
Xatırladaq ki, "Veb Dizayn" kursunun dərsləri 1 noyabr 2018-ci ildə başlayacaq. Bu kursda İKT sahəsində ibtidai bilikləri olan 10 gənc iştirak edə biləcək. Layihədə iştirak etmək istəyən şəhid və Qarabağ qazilərinin övladları özləri haqqında məlumatı 20.10.2018-ci il tarixinə qədər khayal.verdiyev@veyseloglu.az email ünvanına göndərə bilərlər.
Mənbə: Trend.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət