Slimfit
  1. AZƏRBAYCAN

Şəhid polislərin vərəsələrinə 11 min manatın verilməsinə başlanılır

Şəhid polislərin vərəsələrinə 11 min manatın verilməsinə başlanılır
Sakura

Şəhid polislərin vərəsələrinə 11 min manatın verilməsinə başlanılır

Yanvar və fevral aylarında 661 şəhidin 954 vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib.


Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu günə qədər ödəniş həyata keçirilən vərəsələrin sayı 5200-ə çatıb: 

"Dünən komissiyanın iclasında daha 200 şəhidin 300 vərəsəsinə birdəfəlik ödənişin edilməsinə dair qərar qəbul edilib. İlin sonunadək 12 268 şəhidin bütün vərəsələrinə bu vəsaitin ödənilməsi təmin ediləcək". 

S.Babayev qeyd edib ki, artıq Daxili İşlər Nazirliyi tərəfindən şəhid polislərin siyahısı göndərilib və onlar elektron sistemə daxil edilib. "Artıq onların da vərəsələri birdəfəlik ödəmə ilə bağlı müraciət edə bilərlər". 

Qeyd edək ki, prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 461 şəhid polisin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR