"Şəhid olan Elşadın ikinci övladı doğulacaq"
Aparıcı Hacı Nuran Hüseynov Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçu Elşad Məmmədovun ailəsinə baş çəkib.
Ens.az Axşam.az-a istinadən xəbər verir ki, o, şəhidin övladı və atası ilə fotolarını İnstaqram səhifəsində paylaşıb.
"Bəzən həyatımda elə təsadüflər baş verir ki, özüm belə məəttəl qalıram. Elə hadisələr yaşanır ki, təsirindən uzun müddət özümə gələ bilmirəm. Təsadüfmü, zərurətmi Tovuzun Ağdam kəndinə gəlib çıxdım. Bu kənddə iyulun 12-də Tovuz sərhəddində şəhid olmuş Elşad Dönməz oğlu Məmmədovun evində qonaq oldum. Əslində, bu şəhidin evinə baş çəkmək, onun ata-anası ilə görüşmək mənim borcum idi. Bu borc bu gün ödənməli imis. Olduqca mehriban insandırlar Dönməz kişi ilə Nuriyə ana. Amma gözlərindəki qüssəni, kədəri görməmək üçün kor olmaq lazımdır. Söhbət əsnasında onu da öyrəndim ki, tezliklə bu ürəyi dağlı ata ilə ananın daha bir nəvəsi olacaq. Onları övladlarının ölümü ilə sınağa çəkən Allah o dərdi azacıq da olsa, ovutmaq üçün onlara ikinci nəvəni qismət edəcək" deyə, Hacı Nuran paylaşımında qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət