Dərc edildi: Baxış sayı: 568
Şəhid hərbi qulluqçumuzun övladı dünyaya gəlib
Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşı Xəzər Zamanovun övladı dünyaya gəlib.
Ens.Az-ın məlumatına əsasən,bu barədə “YAŞAT” Fondu məlumat yayıb.
Bildirilib ki, Bakıda doğulan körpəyə Humay adı verilib.
Humayın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Qeyd edək ki, X.Zamanov 2023-cü il sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupunun Xocavənddə yerləşdirdiyi minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət