Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid Elvin Mustafayevlə vida mərasimi keçirilir

Şəhid Elvin Mustafayevlə vida mərasimi keçirilir
Sakura

Şəhid Elvin Mustafayevlə vida mərasimi keçirilir

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi ailəsinə verilib.

Ens.az Report-a istinadən xəbər verir ki, ötən ilin sentyabr ayının 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Elvin Fəxrəddin oğlu Mustafayevlə vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir.

Vida mərasimindən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub. Onun 3 övladı var və sonuncu qız övladının üzünü görməyib. E.Mustafayevin əmisi də birinci Qarabağ döyüşlərində, Ağdamda şəhid olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR