Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid Əbülfəz Cəfərovun qardaşı: “Nişanlı idi, barmağını kəsib, üzüyü çıxarıblar” - VİDEO

Şəhid Əbülfəz Cəfərovun qardaşı: “Nişanlı idi, barmağını kəsib, üzüyü çıxarıblar” - VİDEO
Sakura

Şəhid Əbülfəz Cəfərovun qardaşı: “Nişanlı idi, barmağını kəsib, üzüyü çıxarıblar” - VİDEO

“Sovet hərbçiləri Əbülfəz də daxil olmaqla 40 nəfərə yaxın yaralını Bankə qəsəbəsində yerləşən hərbi hissənin hamamına aparıblar. Əbülfəzə və yanındakılara qarşı vəhşilik orada da davam etdirilib”.

Ens.az-ın məlumatına əsasən,bunu Baku TV-yə müsahibəsində 1990-cı il yanvarın 25-də Neftçalada baş verən faciə nəticəsində şəhid olan Əbülfəz Cəfərovun qardaşı Rəşad Cəfərov bildirib.

Sovet hərbçilərinin Neftçala şəhərində qırğınlar törətdiyini eşidən Rəşad Cəfərov dərhal evə getdiyini deyib:

“Qaça-qaça evə gəldim. Atamla anam soruşdular ki, Əbülfəz haradadır? Anam ağlaya-ağlaya dedi ki, mənim oğlum şəhid olacaq”.

“Əbülfəz nişanlı idi. Hərbi hissənin hamamında yaralı qardaşımın barmağını kəsib, üzüyü çıxarıblar. Yaralıları təyyarəyə qoyub aparanda Əbülfəz şəhid olub. Əsgərlərdən biri onu Xəzər dənizinə atmaq istəyib. Lakin özbək təyyarəçi qardaşımın necə mərd biri olduğunu gördüyü üçün buna icazə verməyib”, - deyə R.Cəfərov bildirib.

Ətraflı videonu təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR