Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Şəhid atanın şəhid oğlu

Şəhid atanın şəhid oğlu
Sakura

Şəhid atanın şəhid oğlu

Gizir Emin Əhmədovun şəhadətə qovuşmasından bir il ötdü

Ens.az Milli.az-a istinadən xəbər verir ki, keçdiyimiz hər gün tarixə dönür.. Bəziləri yaddaqalan, bəziləri isə unudulub gedən... Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər...Unudulmayan günlərdən daha biri şəhid atanın şəhid oğlu Emil Əhmədovun şəhadətə qovuşduğu gündür...

Emil Bahadur oğlu Əhmədov 1983-cü il, noyabrın 26-da Bakıda doğulub. Əslən Zəngilandan olan şəhidimiz Yasamal rayonu 20 nömrəli orta məktəbdə təhsilini başa vurduqdan sonra aşbazlıq məktəbini bitirir.

Həqiqi hərbi xidmətini Gəncədə yerləşən hərbi hissələrdən birində başa vurduqdan sonra Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində (TTM) tankçı peşəsi üzrə çavuş kursunda iştirak edir.

O, Hərbi təhsilin ardınca üç illik müqavilə ilə çavuş kimi xidmət edib. Sonra isə nümunəvi xidmətinə görə müqaviləsi uzadılaraq TTM-də gizir kursuna göndərilir. Kursu bitirən gizir Emil Əhmədov tank komandiri təyin edilir.

Vətəninə bağlılıq Emilə atasından keçib.. Çünki atası Bahadur 1 ci Qarabağ müharibəsində 1993-cü ildə Zəngilan uğrunda gedən döyüşlərdə ağır yaralanaraq, itkin düşür. O zaman Emilin 13 yaşı vardı..

Ailəsinin dediklərinə görə, onda Emil and söz verir ki, atamın intiqamını düşməndən alacam. Bu qisas layiniqcə alınır Emilin simasında ..

O, 2016 cı ildə Aprel döyüşlərində iştirak edir, və 2020 ci il sentyabrın 27 dən başlanan ikinci vətən müharibəsində döyüşlərə qatılaraq, canı,qanı ilə vuruşaraq, torpağa qarışır.. Şəhid olacağını da bilirdi, çünki bu məqsədlə yola çıxmışdı..

Emil 2020 ci il oktyabrın 31-I Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olur.. İndi şəhidimizin şəhadətə qovuşmasında bir il ötür..Bu məqsədlə şəhidimiz ailə üzvləri, yaxılnları, dostları, onun qəbrini ziyarət etdilər. Onun qəhrəmalığı tək böyüklərin dilində deyil, balacaların dilində də əzbər bir sözə çevrilib..

Qeyd edək ki, qəhrəman şəhid, tankçı-gizir Əhmədov Emil Bahadur oğlu ölümündən sonra, president İlham Əliyevin sərəncamı ilə, "Vətən uğrunda" medalı, "İgidliyə görə" "Cəbrayılın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalı medalları ilə təltif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR