Şəhid ailəsinin üzvləri və valideynlərini itirmiş abituriyentlər təhsil haqqından azaddırlar - DİM sədri
Müəyyən qrup təbəqəyə aid olan abituriyentlərin təhsil haqları dövlət hesabına ödənildiyi üçün onlar ali məktəblərə ixtisas seçimi zamanı dövlət sifarişli yerlər istisna olmaqla, ödənişli ixtisaslara qəbul olmaq üçün yerlər seçə bilərlər.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, müəyyən qrup abituriyentlər təhsil haqqını ödəməkdən azaddırlar.
M.Abbaszadə əlavə edib ki, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar ödənişli yerlərə qəbul olduqda onların təhsil haqları dövlət hesabına ödəniləcək.
DİM sədri qeyd edib ki, məcburi köçkünlər, 1 və 2-ci qrup əlillər, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların təhsil haqları dövlət tərəfindən ödənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət