Slimfit
  1. CƏMİYYƏT

Şəhərin mərkəzini zibilxanaya kim çevirib? - Qurumdan gülünc cavab

Şəhərin mərkəzini zibilxanaya kim çevirib? - Qurumdan gülünc cavab
Sakura

Şəhərin mərkəzini zibilxanaya kim çevirib? - Qurumdan gülünc cavab

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında, Dilarə Əliyeva küçəsində piyada səkisinə zibil konteynerləri yerləşdirilib.

Sakinlər deyirlər ki, bu həm antisanitariyaya, həm də səki ilə hərəkət edən piyadaların gediş-gəlişinə mane olur.

"Yalandan deyirlər ki, zibil qutularını aparacağıq. Amma hamısının içi tullantı ilə doludur", - deyə sakin narazılıq bildirib.

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məsələ ilə bağlı açıqlama verilib.

"Nəsimi rayonu ərazisində məişət tullantılarının müvəqqəti toplanması üçün yaradılmış konteyner meydançalarında mövcud konteynerlərin yeniləri ilə əvəzlənməsi prosesi aparılır. Hazırda bu işlər Dilarə Əliyeva küçəsində yerinə yetirilir. Həmin konteynerlərin səkiyə qoyulması müvəqqəti xarakter daşıyır və yaxın saatlarda onlar yeniləri ilə əvəz olunaraq ərazidən çıxarılacaq", - deyə qurumun məlumatında deyilir.

Daha ətraflı Baku TV-nin süjetində:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR