Şəhər sakinləri şikayət etdi - İcra Hakimiyyəti hərəkətə keçdi
Ötən gün, elektron informasiya vasitələrinin birində Yasamal rayonu, 7-ci Sallaqxana küçəsində yaşayan sakinlərin zibil konteynerlərinin çatışmazlığından şikayət etdikləri ilə bağlı məlumat yayılmışdı.
Ens.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a xəbər verilib ki, məsələ ilə əlaqədar Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti əməkdaşları tərəfindən dərhal əraziyə baxış keçirilib, konteynerlərdəki tullantıların daşınması təmin edilib.
Bildirilib ki, ötən ildən Bakı şəhərinin Nərimanov rayonunda yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrası uğurla həyata keçirilir. Layihəyə əsasən ilin sonuna kimi paytaxtın daha 3, o cümlədən Yasamal rayonu da bu layihəyə qoşulacaqdır. Bununla əlaqədar rayonda yeni konteyner meydançaları yaradılır, buradakı konteynerlər isə hissə-hissə qapağı olan yeni iri tutumlu konteynerlərlə əvəz edilirlər.
Hazırda həmin ərazi kommunal xidmətlər tərəfindən nəzarətə götürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət