Səfirliklərə və konsulluqlara yeni səlahiyyət verildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası prezidentinin 2006-cı il 25 may tarixli, 408 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanın xaricdəki səfirlikləri xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edəcək.
Dövlət başçısı həmçinin “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”sində də müvafiq dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Yeni qaydalarla, Azərbaycan konsulluqları da xarici ölkədə yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, eləcə də, xarici ölkələrdə daimi yaşayan Azərbaycan vətəndaşlarına, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərə elektron imza sertifikatının verilməsini təmin edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət