Slimfit
  1. AZƏRBAYCAN

Səfir: “Rusiya və Azərbaycan iqtisadi əlaqələrin genişlənməsi üçün birgə müəssisələr yaradacaq”

Səfir: “Rusiya və Azərbaycan iqtisadi əlaqələrin genişlənməsi üçün birgə müəssisələr yaradacaq”
Sakura

Səfir: “Rusiya və Azərbaycan iqtisadi əlaqələrin genişlənməsi üçün birgə müəssisələr yaradacaq”

Moskva və Bakı iqtisadi əməkdaşlığın genişlənməsi məqsədilə sənədlər paketi hazırlayacaq. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

“İqtisadi əməkdaşlığa dair sənədlər paketi hazırlanır. Ticarət dövriyyəsinin artımına nail olmaq istəyirik, həmçinin iqtisadi əməkdaşlığın inkişafına ümid edirik”, - M.Boçarnikov bu gün mətbuat konransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya birgə müəssisələrin yaradılmasını planlaşdırır.

Səfir vurğulayıb ki, tərəflər arasında nəqliyyat, sənaye sahələrində əməkdaşlığın inkişafına dair planlar mövcuddur. “Son zamanlar işgüzar birliklərin fəaliyyəti fəallaşıb”, - M.Boçarnikov əlavə edib.

O qeyd edib ki, sənədlər Azərbaycan prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində imzalana bilər. “Tarixi qeyd etməyəcəm, çünki iki ölkənin prezident administrasiyaları tərəfindən elan olunmalıdır”, - M.Boçarnikov vurğulayıb.

Səfir qeyd edib ki, siyasi və iqtisadi münasibətlərim möhkəmlənməsi məqsədilə “həmin əlaqələrin möhkəmlənməsində irəliləyiş olmalıdır”. **

F.İsazadə

 

Mənbə: İnterfax.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR