Slimfit
  1. AZƏRBAYCAN

Səfir: "Azərbaycan və Belarus beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir"

Səfir: "Azərbaycan və Belarus beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir"
Sakura

Səfir: "Azərbaycan və Belarus beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyir"

 "Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlər baxımından 2018-ci il zəngin olub".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

"Bu il ölkələrimiz diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edib. Xatırladım ki, bu il Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edib və Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb. Tərəflər növbəti dəfə ölkələr arasında starteji tərəfdaşlıq səviyyəsini təsdiq ediblər", - G.Axramoviç bildirib.

Onun sözlərinə görə, səfər zamanı Azərbaycanla Belarus arasında qarşılıqlı fəaliyyət istiqamətlərini müəyyən edən, təxminən, 10 sənəd imzalanıb.

Diplomat qeyd edib ki, 2018-ci ildə, təqribən, 30 yüksək səviyyəli ikitərəfli səfər baş tutub: "Parlamentlərarası əlaqələri də genişləndirməyə davam edirik".

G.Axramoviç vurğulayıb ki, 2018-ci ildə Azərbaycan və Belarus beynəlxalq arenada bir-birini aktiv şəkildə dəstəkləyib.

"Azərbaycanın dost dəstəyi və anlayışı Belarus üçün son dərəcə vacibdir və buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk", - səfir vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR