Slimfit
  1. GÜNDƏM

Səfir: “Azaraq düşmən tərəfə keçən əsgərin vurulması ermənilərin rəhmsizliyini göstərir”

Səfir: “Azaraq düşmən tərəfə keçən əsgərin vurulması ermənilərin rəhmsizliyini göstərir”
Sakura

Səfir: “Azaraq düşmən tərəfə keçən əsgərin vurulması ermənilərin rəhmsizliyini göstərir”

“Cəbhəboyu zonada Azərbaycan hərbçisinin yolunu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulmasını çox böyük üzüntü ilə qarşıladıq. Bu, qarşıdakı düşmənin rəhmsizliyini göstərir”. 

Bunu APA-ya Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. 

“Bir daha belə hadisələrin təkrarlanmamasını istəyirik. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması vacibdir. Şəhid olan əsgərimizə Allahdan rəhmət diləyirəm, ailəsinə isə başsağlığı verirəm”, - deyə səfir vurğulayıb. 

 Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR