Slimfit
  1. CƏMİYYƏT

Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur - Məzahir Pənahov

Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur - Məzahir Pənahov
Sakura

Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur - Məzahir Pənahov

Prezident seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi addımlar atılır.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, MSK üzərinə düşən tədbirləri yüksək səviyyədə həyata keçirir.

M.Pənahov bildirib ki, seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı ölkədə ictimai siyasi sabitlik var. “Seçkilərin keçirilməsi üçün Azərbaycanda beynəlxalq səviyyədə qanunvericilik mövcuddur. Şəffaflıq baxımından da bizim göstəricilər beynəlxalq standarlara uyğundur”, - deyə M.Pənahov əlavə edib.

MSK sədri əlavə edib ki, seçki komissiyaları üçün yaradılan şərait nümunəvidir: “Eyni zamanda seçkiləri müşahidə etmək üçün müraciətlərə müsbət cavab verilir. Həmçinin MSK beynəlxalq müşahidəçilərə müraciət göndərir. Azərbaycanda seçkilərdə vebkameralar tətbiq edilir. Şəffaflıq baxımından vebkameralardan üstün bir şey ola bilməz. Mindən artıq seçki məntəqələrində vebkameralar quraşdırılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR