Slimfit
  1. İQTİSADİYYAT

Səfər Mehdiyev: “Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyəti daha da gücləndirilməlidir”

Səfər Mehdiyev: “Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyəti daha da gücləndirilməlidir”
Sakura

Səfər Mehdiyev: “Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyəti daha da gücləndirilməlidir”

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi Vaxtanq Laşkaradze ilə görüşüb.

Komitədən “Report”a verilən məlumata görə, S. Mehdiyev Azərbaycan-Gürcüstan münasibətlərinə toxunaraq ildən-ilə bu münasibətlərin dərinləşdiyini və regionda həyata keçirilən birgə layihələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb. Gürcüstan və Azərbaycanın dost və tərəfdaş ölkələr kimi uğurlu inkişaf yolu ilə sürətlə irəlilədiklərini bildirən Komitə sədri, eyni zamanda, iki qonşu ölkənin ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluqla söhbət açıb, əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib.

DGK sədri bildirib ki, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Lakin S. Mehdiyev bununla kifayətlənməməyin, Azərbaycan və Gürcüstan gömrük orqanlarının qarşılıqlı fəaliyyətinin daha da gücləndirilməsinin zəruriliyini nəzərə çatdırıb.

Gürcüstan Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin rəisi V. Laşkaradze iki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın bütün sahələrdə, o cümlədən gömrük sferasında daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR