Şəfa verən pişik satışda: “Pişik yuxuda mənə dedi ki, onu satım”
Rusiyanın Novorossiysk şəhərinin Georgi adlı sakini pişiyini 320 min dollara satışa çıxarıb. Deyir ki, bu pişik həyatla bağlı problemlərin həllinə yardım edir, tövsiyələr verir, hətta yeri gələndə təbib funksiyasını da yerinə yetirə bilir.
Bizimyol.info xəbər verir ki, pişin satışı barədə elan internetdə yerləşdirilib.
Georginin dediyinə görə, bu pişiyi iki il əvvəl Sibirdə qəbiristanlıqda görüb. Oradan qayıdanda pişik də arxasınca gəlib. O vaxtdan bəri həyatında yaxşılığa doğru xeyli dəyişikliklər olub. Hətta səhhətindəki ciddi problemlər də aradan qalxıb.
“Mən hansısa məsələ ilə əlaqədar tərəddüdlü olanda, şübhəyə düşəndə mütləq yuxu görürəm. Nəticədə hər şey aydınlaşır, mənə necə hərəkət etməli olduğum deyilir”, - Georgi belə deyib.
O, pişiyi satmasının səbəbini də açıqlayıb: “Pişik yuxuda mənə dedi ki, onu satıb, qazandığım pulu xeyirxahlığa xərcləyim, daha çox ehtiyacı olan birinə verim”.
Amma pişiyin sahibi 320 min dollarlıq qiyməti diqqət çəkmək üçün qoyduğunu, məbləğin aşağı salınması üçün danışıqlara hazır olduğunu da söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət