Sədr müavini: Azərbaycan əsgəri bölgədə dini tolerantlığın qarantıdır
Oxu.Az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Onun sözlərinə görə, orduda hansısa dini baxımdan qadağanın olduğunu deyirlər:
“Həmin insanlara bir cavabım var: Azərbaycan silahlı qüvvələri, əsgəri olmasa, məscidlərimiz, ibadət evlərimiz də Şuşa məscidinə çevrilə bilər. Ermənilər, təbii ki, digər ərazilərimizə də göz dikiblər. Bunu edə bilməmələrinin səbəbi isə Azərbaycan əsgəridir.
Azərbaycan əsgəri bu torpaqlarda dini tolerantlığın, multikultralizmin qarantıdır. Azərbaycan Ordusu olmasa, bu torpaqlarda nə İslam, nə də tolerantlıq olacaq. Ona görə də Azərbaycan əsgərinə din adı altında hansısa ləkə yaxmaq kökündən böhtandır, yanlışdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət