Dərc edildi: Baxış sayı: 1118
Sədi Sani Qarabaği - Sən güllər ilə gül, gözəlim, gülşən içində
Sən güllər ilə gül, gözəlim, gülşən içində,
Bülbüllər ilə mən də gəzim şivən içində.
Bir mərtəbədir kəsrəti-tirin ciyərimdə,
Guya görünür mərdü-şəci cövşən içində.
Çak etdin giribanını qönçə həsədindən,
Gördü məgər əndamını pirəhən içində?
Sinəm sitəmi-navəki-qəmzənlə dəmadəm,
Bir kürəyə bənzər ki, yanar ahən içində.
Zülffindən ol İsanəfəsin oylə zəifəm,
Bir riştəyə bənzər bədəninı suzən içində.
Haşa ki, qoyam damənin əldən yerə, bəlkə,
Kəssən əlimi bil ki, gedər damən içində.
Bir güzgüdür aləm ki, anın əksi fənadır,
Sədi, nə bəqa istərəm anın mən içində?.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət