Dərc edildi: Baxış sayı: 614
“Sədərək”dəki yanğından 9 nəfər zəhərləndi, 1-i xəstəxanaya yerləşdirildi
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğına 5 təcili yardım briqadası cəlb edilib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, yanğın nəticəsində xəsarət alanlar var:
“Hadisə nəticəsində əraziyə 5 tibbi briqada cəlb edilib. Hadisə nəticəsində 9 nəfərə yerində yardım göstərilib, 1 nəfər travma ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət