Slimfit
  1. CƏMİYYƏT

“Sədərək” və “Binə” açılır?

“Sədərək” və “Binə” açılır?
Sakura

“Sədərək” və “Binə” açılır?

Ölkədə tətbiq olunmuş sərt karantin qaydalarında bəzi dəyişikliklər edilir. Bir çox qaydaların ləğvindən sonra bu addım insanlara sərbəstlik verəcək. Eyni zamanda qapadılmış iş yerlərinin yenidən fəaliyyət göstərməsinə də imkan yaranacaq. Artıq rayonlara gediş-gəlişin, restoranların, mehmanxanaların fəaliyyətinə icazə verilir. Bu da uzun müddətdən sonra iqtisadi fəallığının bərpasına imkan yaradacaq.

Ens.az xəbər verirki,bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, insanlar yenidən öz iş yerlərinə qayıda və gündəlik qazanc əldə edə biləcəklər.

Millət vəkili vurğulayıb ki, Binə və Sədərək kimi iri ticarət mərkəzlərinin fəliyyətinə də icazə verilməlidir: “Məktəblərin açılması öncəsi insanlara alış-verişə imkan yaradılmalıdır. Təbii ki, COVİD-19-a görə bütün sahələrin qapadılmasının qeyri-müəyyən müddətə saxlanılması düzgün deyil.

Amma müəyyən müddətə qapanma ölkədə sanitar-epidemiolji vəziyyətin sabitləşməsinə imkan verdi. Hər bir şəxs başa düşməlidir ki, yumşalmaların olması heç də koronavirusun bitməsi deyil. Koronavirusa qarşı peyvəndləmə olana qədər müəyyən tələblərlə yaşamağa məhkumuq”.

Deputat qeyd edib ki, vətəndaşlar müəyyən olunmuş sosial məsuliyyəti yüksək tutaraq həyatlarına davam etməlidir: “Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafəni gözləmək və gigiyenik qaydalara riayət olunması vacibdir. Yenidən qapanmaya getmək istəmiriksə qeyd olunan şərtlərə hamılıqla riayət olunmalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR