Slimfit
  1. SİYASƏT

Seçkilərdə iştirak üçün 15226 vətəndaş DSK-lara müraciət edib

Seçkilərdə iştirak üçün 15226 vətəndaş DSK-lara müraciət edib
Sakura

Seçkilərdə iştirak üçün 15226 vətəndaş DSK-lara müraciət edib

“Bu günlərdə dairə seçki komissiyalarına namizədlərin sənədlərinin geri qaytarılması prosesi başlanılıb”.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bu vaxta qədər namizədlərin dairə seçki komissiyalarına müraciətində fəallıq müşahidə olunub: “Artıq bələdiyyə seçkilərində iştirak etmək üçün 15226 passiv seçki hüququna malik vətəndaş Dairə Seçki komissiyalarına (DSK) müraciət edib. Onlar öz sənədlərini götürərək imzalar toplayırlar. Bu, hazırda da davam edir”.

R. Qasımov onu da qeyd edib ki, ümumilikdə 10 siyasi partiya namizədliyini irəli sürmək istəyən üzvlərinin qatılması üçün MSK-ya müraciət edib: “Amma bundan başqa, müstəqil olaraq partiya təmsilçiləri də bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər. Bu günə olan məlumata əsasən, 33 siyasi partiya mənsubiyyətini qeyd edən passiv seçki hüququna malik olan vətəndaşlar seçkilərdə öz gücünü sınamaq niyyətindədir. Bununla bağlı sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR