Dərc edildi: Baxış sayı: 566
Seçki bülletenlərinin çapına başlanılıb
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri bildirib ki, ümumilikdə 5 020 287 ədəd seçki bülleteninin çap olunması nəzərdə tutulub.
Bülletenlər Milli Məclis Aparatının mətbəəsində çap ediləcək.
Seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət