Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın əsas bayramlarından biri – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Sizin ölkəniz öz müstəqilliyini əzmlə qoruyub saxlayıb və bu gün sosial-iqtisadi, elmi-texniki və mədəni irsini uğurla inkişaf etdirir.
Qoy bu bayram günü ölkənizin şanlı keçmişinə, bugünkü firavanlığa və daha parlaq gələcəyə görə qürur duymağa bir fürsət olsun.
Sizin ölkənizə səmimi qəlbdən firavanlıq, bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm.
Hörmətlə,
Pyotr Qlıboçko
M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru,
Rusiya Elmlər Akademiyasının akademiki.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət