Dərc edildi: Baxış sayı: 329
Səbuhi Qəhrəmanov AMEA-nın Fəxri diplomu ilə təltif olunub
Səbuhi Qəhrəmanov AMEA-nın Fəxri diplomu ilə təltif olunub
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının "Elm" nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov AMEA-nın Fəxri diplomuna layiq görülüb. Mükafatı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən 27 Mart – Elm Gününə həsr olunmuş "Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr" adlı tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli təqdim edib. Fəxri diplom Səbuhi Qəhrəmanova Azərbaycan Milli Elmlər Akademiyasında uğurlu fəaliyyətinə, eləcə də elmin populyarlaşdırılmasındakı xidmətlərinə görə verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət