Slimfit
  1. SİYASƏT

Səbinə Əliyeva Fransanı AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb

Səbinə Əliyeva Fransanı AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb
Sakura

Səbinə Əliyeva Fransanı AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvvəkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,o, bu barədə tviter hesabında yazıb.

"Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq", - Ombudsman qeyd edib.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR