Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Teyyub oğlu Zeynalov Səbail rayon İcra Hakimiyyətinin…
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Teyyub oğlu Zeynalov Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Publika.az xəbər verir ki, Vüqar Zeynalov icra başçısı təyin edilənədək Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, V.Zeynalov 1963-cü ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Prezident yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 2015-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə rəis təyin edilib.
V.Zeynalov bir müddət Nizami Kino Mərkəzinin direktoru vəzifəsində də işləyib.
Ailəlidir, iki övladı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət