Slimfit
  1. ƏDƏBİYYAT

Səadət Hacıyeva - Qarğa

Səadət Hacıyeva - Qarğa
Sakura

Səadət Hacıyeva - Qarğa

Baba nəvəsini çox, lap çox sevirdi. Hara getsə əlindən tutub aparır, nə istəsə alır, hər kəlməsinə min dəfə can deyirdi.
Baba bir dəfə bostan əkirdi. Həmişəki kimi nəvəsi də yanında idi. Nəvə gördü ki, ağacın budağına bir quş qondu. Babasına göstərib soruşur:
– Baba, o nədi?
Babası cavab verir:
– Qarğadı, baba qurban.
Bir az keçir, nəvə bir də soruşur:
– Baba, o nədi?
– Baba sənə qurban, qarğadı.
Bir az keçir, nəvə yenə soruşur.
– Baba, o nədi?
– Balacan, qarğadı.
Bu minvalla nəvə bəlkə də yüz dəfə soruşur. Baba isə hər dəfə onu əzizləyərək cavab verir:
Aradan illər keçir. Nəvə böyüyüb pəhləvan cüssəli bir kişi olur. Baba isə əli çəlikli, taqətsiz bir qoca. Bir gün nəvə həyətdə yer belləməklə məşğul olur. Baba isə bir tərəfdə oturub ona tamaşa eliyir. Bu vaxt bir qarğa hasarın başına qonur. Baba keçmiş günləri xatırlayaraq nəvəsindən soruşur:
– A bala, hasarın başındakı nədi elə?
Nəvə işindən ayrılmadan – qarğadı, – deyir.
Bir az keçir, baba yenə soruşur:
– A bala, gözüm seçib eləmir, o nədi elə?
Nəvə bu dəfə səsini qaldıraraq deyir:
– Qarğadı da!
Bir az keçir, baba bir də soruşur:
– Hasarın başındakı nədi, a bala?
Nəvə hirslənərək deyir:
– Dedim ki, qarğadı da, a kişi!
Baba köksünü ötürərək deyir:
– Bilirəm qarğadı, a bala. Sənin uşaqlığını yadıma saldım. Sən də uşaq olanda bu sualı mənə bəlkə də yüz dəfə vermişdin. Amma mən sənə hirslənməmişdim. Hər dəfə can, qurban olumla cavab vermişdim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR