Slimfit
  1. MEDİA

SDU-nun kollektivi şəhid məzunu Mikayıl Vahabzadəni qürurla anır

SDU-nun kollektivi  şəhid məzunu Mikayıl Vahabzadəni qürurla anır
Sakura

SDU-nun kollektivi şəhid məzunu Mikayıl Vahabzadəni qürurla anır

SDU-nun kollektivi  şəhid məzunu Mikayıl Vahabzadəni qürurla anır

2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi və Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq. Torpaqlarımızın qorunmasında mərdliklə döyüşərək “Şəhidlik zirvəsi”nə ucalan oğullarımızın arasında Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin 2015-ci il məzunu olmuş şəhid Mikayıl Vahabzadə də ön sıradadır. Aprelin 9-da İsmayıllı rayonunun Maçaxı kəndində Şəhid Mikayıl Vahabzadənin  anım günüdür. 

 Mikayıl Vahabzadə cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən açılan  atəş nəticəsində qəhrəmancasına Şəhid olmuşdur.SDU-nun kollektivi  şəhid məzunu Mikayıl Vahabzadəni fəxrlə anır onunla qürur duyur.Şəhidlərə ən böyük abidə, əslində, qəlbimizdə ucaldılıb. Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti olaraq qürur duyuruq ki, xalqımızın ən yeni tarixini yazanların sırasında bizim də yetirmələrimiz var. Şəhid kimi, Qazi kimi! Biz gedərgiyik, onlar isə əbədidir! Bu o deməkdir ki, biz, doğrudan da, təkcə müəllim, mühəndis, tarixçi, kimyaçı, iqtisadçı deyil, Şəxsiyyət, Vətəndaş yetişdirmişik!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR