Slimfit
  1. MARAQLI

Schwarzenegger-in mesajı onun pərəstişkarına depressiyadan çıxmağa kömək edib

Schwarzenegger-in mesajı onun pərəstişkarına depressiyadan çıxmağa kömək edib
Sakura

Schwarzenegger-in mesajı onun pərəstişkarına depressiyadan çıxmağa kömək edib

Sosial mediada depressiyadan əziyyət çəkən kişi ilə Arnold Schwarzenegger arasında yazışmadan sonra bir çox istifadəçilər də öz şəxsi əhvalatlarını sosial şəbəkədə bölüşməyə həvəsləniblər.

Sosial şəbəkədə "u/0770059834333178" kodu altında yazışan Ali adlı istifadəçi Schwarzenegger-ə mesaj göndərərək, məşhur bodibilderdən ona ruhlandıcı bir mesaj göndərməyi xahiş edib.

Ali izah edib ki, o, "aylardır ki depressiya vəziyyətindədir" və bu səbəbdən idman zalına getmir, məşq eləmir.

"Cənab Schwarzenegger siz mənə deyə bilərsinizmi ki, tənbəlliyiə üstün gəlib idman zalına gedim? And içirəm ki, mən dərhal qalxıb ora yollanacağam", - Ali öz mesajında yazıb.

"Çarpayımda məyus halda uzanmışdım. Mesaj göndərmək qərarına gələndə 3 ay idi ki, özümü ruhdan düşmüş kimi hiss edirdim", - Kanadanın Quebec şəhərində yaşayan Ali BBC-yə deyib.

Terminator rolunun ifaçısından cavab gələndə isə Ali gözlərinə inanmayıb. Ali üçün gözlənilməz olan cavabında Schwarzenegger ona "hər dəfə bir addım ataraq" depressiya vəziyyətindən çıxmağı məsləhət görüb.

"Sizə sərt söz demək niyyətim yoxdur. Və xahiş edirəm özünüzə qarşı sərt olmayın. Biz hamımız çətinliklərlə üzləşirik, uğursuzluqlarımız olur. Bəzən, həyat bizi sınağa çəkir. Lakin əsası odur ki, sən bütün bunların öhdəsindən gələ biləsən. Sadəcə bir addım at. Yataqdan qalx, məşq et ya bayıra çıxıb hava al. Nəsə bir şey et. Hər dəfə bir addım at. Ümid edirəm ki, indi özünü yaxşı hiss edirsən və idman zalına qayıdacaqsan. Lakin özün özünü töhmətləmə. Buna ehtiyac yoxdur. Bu, səni idman zalına yaxın etməyəcək. Və kömək istəməkdən də çəkinmə. Uğurlar sənə", - Arnold Schwarzenegger öz cavabında Aliyə yazıb.

Özünü Arnold Schwarzenegger-in böyük pərəstiçkarı adlandıran Ali deyib ki, həmin cavabı oxuyandan sonra, yatağından qalxıb birbaşa idman zalına yollanıb.

"İnanlmaz hisslər keçirdim", - o deyib.

Bu yazşma Reddit şəbəkəsində dərhal populyarlıq qazanıb - Alinin Schwarzenegger ilə yazışması 70000 dəfədən çox baxılıb və bəyənilib.

Schwarzenegger-in Aliyə ruhlandırıcı cavabı depressiya vəziyyətində olan digər istifadəçilər üçün də təsiredici olub.

Həmin istifadəçilər şəbəkədə öz hissləri və əhvalatları ilə bölüşüblər, Ali isə onlara öz cavablarında ürək-dirək verib.

Ali deyir ki, həmin adamlara mənəvi dəstək vermək Schwarzenegger ilə yazışma əhvalatının onun üçün ən gözəl hissəsi olub.

Bu arada bəzi istifadəçilər qeyd ediblər ki, depressiya elə ciddi bir xəstəlikdir ki, onun öhdəsindən belə yüngül üsullarla gəlmək bu problemə ciddi yanaşma sayıla bilməz.

Lakin Ali bu fikirləri bölüşmür.

O qeyd edib ki, Schwarzenegger, şəxsən onun özünə böyük enerji və güc verib, həqiqətən də onu ruhlandırıb.

Alinin digər istifadəçilərlə pozitiv ruhda yazışmasını görən Arnold Schwarzenegger isə şəbəkədə videomüraciətini də paylaşıb. Həmin videoda Schwarzenegger idman zalında yazdığı müraciətini səsləndirib.

Schwarzenegger deyib ki, Alinin digər insanları "ruhlandırmağa çalışdığına" görə qürur hissi keçirir.

Schwarzenegger öz videoçıxışını bu sözlərlə bitirir: "Hasta la vista". Bu cümlə ispanca "görüşənədək" deməkdir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR