Dərc edildi: Baxış sayı: 512
Saziş imzalandı, amma ABŞ yenə zərbə endirdi
ABŞ ordusu Əfqanıstanın Gilmend vilayətində Talibana aviazərbələr endirib.
Axar.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Əfqanıstandakı nümayəndəsi Sonni Leqqet öz Tvitter səhifəsində paylaşıb. O, Talibana Əfqanıstan ordusuna aktiv hücumlar etdiyi üçün zərbə endirildiyi bildirilib. Leqqet bunun son 11 gün ərzində Talibana endirilən ilk zərbə olmadığını deyib.
Qeyd edək ki, 29 fevralda AB,, Əfqanıstan hökuməti və Taliban arasında saziş imzalanıb. ABŞ Prezidenti ilə Taliban rəhbəri arasında isə ötən gün telefon danışığı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət