Slimfit
  1. CƏMİYYƏT

Sayt rəhbərləri hansı hüquqlara malikdir?

Sayt rəhbərləri hansı hüquqlara malikdir?
Sakura

Sayt rəhbərləri hansı hüquqlara malikdir?

Bu gün ölkəmizdə kifayət qədər Web-saytlar fəaliyyət göstərir. Bir çoxları saytların fəaliyyət mexanizmi və hüquqi prosedurlar barədə məlumatsızdır.

Femida.az mövzu ilə bağlı yazını təqdim edir:

1. Web-saytların müəlliflik hüququnun obyekti kimi qorunması və qeydiyyatı «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təsdiq etdiyi və Ədliyyə Nazirliyində 2000-ci il 8 may tarixdə qeydiyyatdan keçirilmiş «Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları»na uyğun olaraq aparılır.

Bu xidməti təlimat İnternet şəbəkəsində əqli mülkiyyət kimi çıxış edən Web-saytın, həmçinin Web-sayta daxil edilən digər əqli mülkiyyət hüquqları obyektlərinin qorunmasını tənzimləyir. Təlimatda nəzərə alınır ki, İnternetdə yerləşən müvafiq saytlar hal-hazırda istifadə olunur və digər tərəfdən saytlar İnternetdə yerləşdirilməsi üçün hazırlanır.
2. Müəllif və ya digər hüquq sahibi öz Web-saytını könüllü qaydada qeydiyyatdan keçirmək hüququna malikdir. Qeydiyyata təqdim olunan Web-sayt maddi daşıyıcıda olmalı, müəllif və ya hüquq sahiblərinin adları göstərilməlidır.
2.1. Sayt-İnternet-serverdə bir ünvanda yerləşdirilən və İnternet şəbəkəsində baxılmaq üçün girişi olan öz aralarında hiperistinadlarla əlaqələndirilmiş fayllar məcmusudur.
2.2. Web-sayt səhifəsi monitor ekranının brauzer pəncərəsində müştərilər tərəfindən eyni vaxtda baxıla bilən informasiya məkanıdır.
Ayrıca vahid mənanı bildirən və istifadəçiyə ötürülə bilən məlumatı özündə saxlayan məlumat blokları kimi aşağıdakılar çıxış edə bilər:

• mətn;
• qrafik təsvir (o cümlədən özündə fotoşəkli, rəsmləri və cizgiləri saxlayan);
• musiqili və video fayllar;
• kompüter proqramları;
• məlumat bazaları;
• qaydaya salınmış istinadlar kolleksiyası və s.

Bu elementlər onların sərbəst istifadəsinin mümkünlüyü və Qanunun tələblərini təmin etdiyi hallarda - müəlliflik hüququnun obyektidir (video və musiqili materiallar həm də əlaqəli hüquqlar obyektləridir). Deməli, sayt müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan elementlərdən ibarət ola bilər.

2.3. Web-saytlar və ya onların səhifələri (Web-səhifələr) hazır olmayan şablonların- formaların, qrafik obyektlərin tətbiqi ilə unikal dizayner işi kimi də təqdim edilə (o cümlədən İnternetdə sərbəst, pulsuz girişlə mümkün olan istifadə), həmçinin öz-özlüyündə xüsusi şriftlərin, rənglərin seçilməsi, vokal yazılışı və s. unikal həllər üzrə (sayt üzrə naviqasiya elementləri və naviqasiyaların həyata keçirilməsi üçün ayrı-ayrı proqramlar və s.) yaradıcılıq işi ola bilər. Bu halda Web-sayt elektron formada əsər olur və müəlliflik hüququ ilə qorunur.

2.4. Web-saytlar öz-özlüyündə multimedia məhsullarıdır və buna görə də onların yaradıcısı eyni zamanda müəllif və istifadəçi kimi çıxış edə bilər.
Multimedia məhsulunun yaradıcısı öz maraqlarını bu məhsulun ayrı-ayrı elementlərinə, eləcə də bütövlükdə məhsula olan ona məxsus hüquqların köməyi ilə müdafiə edə bilər.

Qeyd: Nəzərə almaq lazımdır ki, multimedia məhsulu rəqəmli formaya keçirilmiş, o cümlədən mətn, səs, hərəkətli və ya hərəkətsiz təsvirdən (mənzərə) ibarət və ya bunlar birlikdə müxtəlif informasiyadır.

Sayt bütövlükdə tərtib olunmuş əsərdir. Multimedia məhsulu kimi sayt aşağıdakı formalarda ola bilər:

• audiovizual əsər;
• məlumat bazası (məlumat toplusu);
• fonoqram (musiqili faylların məcmusu) – ona görə ki, adətən bunlar tərtib olunmuş kompleks əsərlərdir.
Sayt tərtib olunmuş əsər kimi yalnız bu cür əsərin meyarlarına cavab verməsi şərti ilə qorunur (yaradıcılıq əlaməti olduğu halda).
Qeyd olunanlara əsasən:
a) Saytın elementlərinin qorunması ümumi hallarda 2.2-ci bənddə, yaxud saytın bütövlükdə qorunması 2.3-cü bənddə göstərilən qaydada həyata keçirilir.
b) əgər sayt qorunma meyarlarını təmin edirsə, ona multimedia məhsulu kimi baxıla və müəlliflik hüququ ilə qoruna bilər.

3. Web-sayta hüquq sahibliyi

3.1. Bir şəxs tərəfindən yaradılan və istifadə olunan Web-sayta, əgər belə sayt bütövlükdə və ya onun ayrı-ayrı elementləri qorunma meyarlarını təmin edirsə, o zaman müəllif şəxsi və əmlak hüquqlarının sahibi olur.
3.2. Web-sayt xidməti tapşırıq qaydasında yaradılarsa, belə halda şəxsi və əmlak hüquqlarının qanunvericilikdə müəyyən edilmiş qaydada bölgüsü aparılmalıdır.

4. Web- saytların qorunması

4.1. Qanunvericilik Web-saytın bütövlükdə, həmçinin onun ayrı-ayrı elementlərinin yaradıcılıq fəaliyyətinin nəticəsi kimi, yaxud «digər əsərlər» və ya materialın seçilməsinə və düzülməsinə görə «toplular» kimi qorunmasına tam imkan verir.
4.2. Web-sayta şəxsi hüquqlar müəllif-yaradıcıya məxsusdur.
4.3. Web-sayta əmlak hüquqları ya müəllifə, ya da digər hüquq sahibinə məxsus ola bilər.
4.4. Web-sayta əmlak hüquqlarının verilməsi yazılı müqavilə əsasında rəsmiləşdirilir və sayt hazırlanarkən bilavasitə müəlliflik hüququ obyektləri yalnız onların hüquq sahiblərinin icazəsi olduğu halda istifadə edilə bilər.

5. Web- saytların qeydiyyatı

5.1. Müəllif və ya hər hansı digər hüquq sahibi müəlliflik və əlaqəli hüquqlar obyekti olan Web-sayta hüquqların qüvvədə olduğu müddətdə onu rəsmi qeydiyyatdan keçirə bilərlər. Qeydiyyata təqdim olunan Web-sayt müəllifin və ya digər hüquq sahiblərinin adları göstərilməklə maddi daşıyıcıda olmalı və digər hüquq sahiblərinin istifadəyə icazəsini təsdiqləyən sənədlər təqdim olunmalıdır.
5.2. Qeydiyyat üçün sifariş ərizəsi müəllif, yaxud digər hüquq sahibi və ya onun rəsmi nümayəndəsi tərəfindən təqdim olunur. Əgər qeydiyyat üçün ərizə müəllifin nümayəndəsi və ya hüquq sahibi tərəfindən təqdim edilirsə, onda qeydiyyat üçün ərizəyə nümayəndənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə də əlavə olunmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR