Dərc edildi: Baxış sayı: 526
“Qarabağ” yay transfer pəncərəsində Donetsk “Şaxtyor”un hücumçusu Qustavo Blankonu heyətinə qatmaq istəyib
“Qarabağ” yay transfer pəncərəsində Donetsk “Şaxtyor”un hücumçusu Qustavo Blankonu heyətinə qatmaq istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb. 26 yaşlı forvard "Qarabağ", "Sportinq” (Xixon), "Malyorka”,"Srvena Zvezda” və Sofiya ÇSKA-sından da təklif alıb. Lakin Donetsk təmsilçisi argentinalı futbolçunu İspaniya Sequndasında mübarizə aparan "Malaqa"ya 1 illik icarəyə verib. "Malaqa" Qustavonu 2,5 milyon avro ödəyərək, birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Qustavo ölkəsində "Arsenal Sarandi" klubunun yetirməsidir. Blanko 2017-ci ildə "Karpatı"dan "Şaxtyor"a keçib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət