Slimfit
  1. CƏMİYYƏT

Saxta pasport satan həkimlərə cinayət işi açıldı

Saxta pasport satan həkimlərə cinayət işi açıldı
Sakura

Saxta pasport satan həkimlərə cinayət işi açıldı

Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində qanunsuz olaraq COVİD-19 pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Qazax Rayon Rrokurorluğunda araşdırma aparılıb.

Ens.Az-ın məlumatına əsasən,rayon prokurorluğundan Axar.az-a bildirilib ki, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta COVİD-19 pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR