Slimfit
  1. AZƏRBAYCAN

Saxta əlillərin işinə yenidən baxılacaq

Saxta əlillərin işinə yenidən baxılacaq
Sakura

“Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb…

Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, hazırda əlilliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb: 

“Pensiya təminatı sistemində əlillərin sayı 30 faiz üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əliliyinə yenidən baxılacaq”, - deyə nazir müavini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR