Slimfit
  1. AZƏRBAYCAN

“Savadsızlar ordusu daha da genişlənəcək” – Deputatdan təhsil sistemini dəyişmək təklifi

“Savadsızlar ordusu daha da genişlənəcək” – Deputatdan təhsil sistemini dəyişmək təklifi
Sakura

“Savadsızlar ordusu daha da genişlənəcək” – Deputatdan təhsil sistemini dəyişmək təklifi

Milli Məclisin deputatı Azərbaycanda özünü doğrultmayan təhsil sistemindən imtinaya çağırır.

Ölkədə təhsilin vəziyyəti ilə bağlı Yenicag.az-a danışan deputat Araz Əlizadə “Kurikulum”, “Bolonya” kimi sistemlərin effektli olmadığını deyib.

Deputatın fikrincə, təhsil sahəsində acınacaqlı vəziyyətin aradan qaldırılmasının yolu sovet dövründə istifadə edilmiş “Bavariya” sisteminin bərpasından keçir:
“Kim istəyir incisin, ancaq etiraf olunmalıdır ki, Azərbaycanın təhsil sahəsi çox acınacaqlı vəziyyətdədir. Bunun da əsas səbəbi “Kurikulum”, “Bolonya” kimi özünü doğrultmayan sistemlərin tətbiqidir.

Digər tərəfdən, məktəblərdə çox güclü təbəqələşmə yaranıb. İmkanlı ailələrin uşaqları üçün təhsil almaq nə qədər asandırsa, imkansız ailələrin uşaqları üçün o qədər çətindir.

Yəni bu gün şagirdlərin bilik səviyyəsi onların repetitor xidmətindən istifadə edə bilmələrindən asılıdır. Övladını repetitor yanına göndərmək isə hər ailənin imkanı daxilində deyil.

Məktəb isə indiki sistemlə şagirdlərə doğru-dürüst təhsil verə bilmir. Biliklər daha çox mexaniki xarakter daşıyır.

Mən hesab edirəm ki, təhsildə vəziyyəti düzəltmək üçün bizim şəraitə uyğunlaşdırılmış “Bavariya” sisteminə qayıtmalıyıq. Əks halda, savadsızlar ordusu daha da genişlənəcək.

Artıq dünyanın bir sıra ölkələrində həmin təhsil sisteminə qayıdış tendensiyası güclənib. Başa düşürlər ki, o sistem daha effektli və faydalıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR