Slimfit
  1. CƏMİYYƏT

Savadsız və fiziki qüsurlu şəxslərin notariat sənədlərinin təsdiqi qaydasında dəyişiklik edilib

Savadsız və fiziki qüsurlu şəxslərin notariat sənədlərinin təsdiqi qaydasında dəyişiklik edilib
Sakura

Savadsız və fiziki qüsurlu şəxslərin notariat sənədlərinin təsdiqi qaydasında dəyişiklik edilib

“Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nda dəyişiklik edilib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”nın III bölməsinin 1-ci hissəsinin beşinci abzası ləğv edilib.

Həmin abzasda qeyd olunurdu ki, əgər etibarnamənin təsdiqi üçün müraciət etmiş şəxs savadsız və ya kordursa, müvafiq vəzifəli şəxs ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.

Əgər etibarnamənin təsdiqi üçün müraciət etmiş kar, kor və kar-lal şəxs savadsızdırsa, etibarnamə təsdiq edilərkən belə şəxsləri başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, etibarnamənin məzmunu kar, kor və kar-lal şəxsin iradəsinə uyğundur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR