Slimfit
  1. CƏMİYYƏT

Savadlı ola bilər, amma əxlaqı yerində deyil - Siyavuş Novruzovdan etiraz

Savadlı ola bilər, amma əxlaqı yerində deyil - Siyavuş Novruzovdan etiraz
Sakura

Savadlı ola bilər, amma əxlaqı yerində deyil - Siyavuş Novruzovdan etiraz

“Müəllimlərin sertifikatlaşması məsələsinə ciddi yanaşılmalıdır. Müəllimlər sertifikatlaşmaya cəlb edilsə də, onların hazırlaşması üçün hər hansı ədəbiyyat və ya test yoxdur”.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə çıxışı zamanı deyib.

“Müəllim bilmir necə hazırlaşsın. Haradan başlayıb, harada qurtarsın”, - deputat qeyd edib.

Onun sözlərinə görə, deyilənə görə, 57 təhsil mərkəzi var və müəlimlər orada sertifikasiyaya hazırlaşa bilərlər.

“Amma 57 mərkəz müəllimlərin sayı ilə mütənasib deyil. Çünki müəllimlərin sayı çoxdur.
Digər məqam isə müəllim həm də pedaqoqdur. Savadlılıq başqa, əxlaq başqa bir şeydir. Savadlı ola bilər, amma əxlaqı yerində deyil. Bunu necə müəyyən edəcəklər və ya yoxlayacaqlar. Odur ki, bu məsələlərə ciddi yanaşmaq lazımdır”, - deputat bildirib.

S.Novruzov müəllimlərin sertifikasiyasının 5 ildən 3 ilə salınmasına etirazını bildirib.

Deputat orta və ali məktəblərə türkologiya və Cənubi Azərbaycan sahəsinə böyük diqqət yetirilməlidir.

Nazirliklərin akademiyalar açıqlamasına etiraz edən Novruzov deyib ki, peşə təhsilinin vacibliyindən danılsa da, aidiyyəti dövlət qurumları, xüsusən də nazirliklər hərəsi özünə bir akademiya açsa da, bir dənə də olsun sanbalı peşə məktəbi açmır.

“Bu nazirliklər və dövlət qurumları ciddi peşə təhsili verən peşə məktəbi açarsa, o zaman gənclər ali məktəblərə deyil, peşə məktəblərinə yönələcək”, - deputat qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR