Slimfit
  1. GÜNDƏM

Şarlara helium yox, ucuz olduğu üçün propan qazı doldurulur

Şarlara helium yox, ucuz olduğu üçün propan qazı doldurulur
Sakura

Şarlara helium yox, ucuz olduğu üçün propan qazı doldurulur

Uşaqlar üçün keçirilən doğum günü və müxtəlif bu kimi digər törənləri artıq rəngarəng helium şarlarsız təsəvvür etmək çətindir. Ötən həftə "Megafun" əyləncə mərkəzində baş vermiş hadisə isə uşaqların sevdiyi helium şarları ilə bir qədər ehtiyatlı davranmağın vacibliyini yenidən gündəmə gətirdi. Qeyd edək ki, bu gün uşaqlar üçün kiçik törənləin keçirildiyi restoranlarda, əyləncə mərkəzlərində helium şarlara daha çox rast gəlinir. Elə son hadisə də, belə uşaq əyləncə mərkəzlərinin birində ehtiyatsızlıq üzündən baş vermişdi. Bu olay bir daha təsdiqlədi ki, uşaqların sevə-sevə oynatdığı helium şarları onların həyatını təhlükəyə ata bilər.

"Qafqazinfo" xəbər verir ki, Sputnik Azərbaycan-a bu barədə açıqlama verən 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov deyir ki, iyunun 22-də "Megafun" əyləncə mərkəzində helium şarlarının partlaması nəticəsində baş vermiş alışma nəticəsində xəstəxanaya 10 nəfər müraciət edib. Onlardan üçü uşaq olub. Uşaqlardan biri 7, digəri 10, ən kiçiyi isə 40 günlük körpə olub: "Xəstəxanaya gətirilənlərdə ciddi xəsarət alanı yox idi. Onların hər birində müxtəlif nahiyələrdə kiçik yanıq xəsarətləri vardı. Tibbi yardım göstərildikdən sonra onların hamısı öz evlərinə göndərildilər".

Ş. Məmmədov deyir ki, bu hadisə ciddi xəsarətlərə səbəb olmasa da, valideynlərə əyləncə mərkəzlərində, ad günlərinin, el şənliklərinin keçirildiyi məkanlarda ehtiyatlı olmağı xatırlatdı: "Hadisə həmin gün helium yox, propan doldurulmuş şara qığılcımın toxunması nəticəsində baş vermişdi. Bu olay göstərdi ki, belə əşyalarla ehtiyatlı davranmaq, uşaqları belə məkanlarda qorumaq lazımdır. Helium təsirsiz qaz olsa da, bəzən helium adı ilə şarları propan qazı ilə doldururlar. Bu da odla təmas zamanı partlayışa səbəb ola bilər. Xüsusilə qapalı məkanlarda bu şarlarının partlaması uşaqlarda yanıq xəsarətləri ilə yanaşı, oksigen azlığına, tənginəfəsliyə səbəb ola bilər".

Təhlükəsizlik sahəsi üzrə ekspert Elmar Nurəliyev də uşaqların daha çox toplaşdığı əyləncə mərkəzlərində təhlükəsizlik qaydalarına əməl etməyin vacib olduğunu deyir. Həmsöhbətimiz bildirir ki, uşaq əyləncə mərkəzlərində tezalışan materiallardan hazırlanan əşyaların olması, təhlükəli şouların göstərilməsi yolverilməzdir: "Amma çox təəssüf ki, belə məqamlara sahibkarlar tərəfindən diqqət göstərilmir. Bu da uşaqların həyatı üçün təhlükə yaradır".

E. Nurəliyev bildirir ki, bu gün qanunla helium şarlarının qapalı məkanlarda istifadə edilməsinə qadağa yoxdur. Amma sahibkarlar alışarkən partlama riski olan əşyalarla ehtiyatlı davranmaları üçün öz əməkdaşlarını təlimatlandırmalıdırlar. Ekspert deyir ki, əyləncə mərkəzlərində uşaqların istifadə etdiyi attraksionlara, onların texniki sazlığına da mütəmadi nəzarət olunmalıdır. Amma təəssüf ki, bu cür əyləncə mərkəzlərində sahibkarlar yaxşı gəlir əldə etsələr də, təhlükəsizlik tədbirlərinə diqqət yetirmirlər.

Saytın apardığı araşdırma zamanı o da üzə çıxıb ki, uşaqların əyləndiyi məkanları bəzəyən şarların ucuz başa gəlməsi üçün ona helium yox, propan qazı doldurulur. Propan isə satışda da helium qazından ucuzdur. Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda bildirdilər ki, propan yanacaq qazıdır. Bu qazdan məişətdə istifadə edilir. Belə qazı uşaqların əyləndiyi məkanda şarın içərisinə doldurmaq böyük təhlükədir. Amma bununla belə, propan qazının havadan yüngül olmadığını, ona görə də, heliumla qarışdırılaraq havaya buraxıldığını söylədilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR