Dərc edildi: Baxış sayı: 323
Şarl Mişeldən Rusiya ilə bağlı - Açıqlama
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada yaranmış vəziyyətə münasibət bildirib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Şarl Mişel tvitterdəki paylaşımında "Vaqner"lə Rusiya hökuməti arasında yaranmış qarşıdurmanı bu ölkənin daxili məsələsi kimi dəyərləndirib: "Rusiyada baş verənləri diqqətlə izləyirik. Avropa liderləri və G7 tərəfdaşları ilə təmasdayıq. Bu, tamamilə Rusiyanın daxili məsələsidir. Bizim Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət