Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sarımsaqlı su. Damarları təmizləyən unikal vasitə

Sarımsaqlı su. Damarları təmizləyən unikal vasitə
Sakura

Sarımsaqlı su. Damarları təmizləyən unikal vasitə

Sarımsaq damarları xolesteroldan təmizləyən ən əffektli təbii vasitədir. Bunu onlarla müxtəlif ölklərdə aparılan elmi  araşdırmalar təsdiq edib.

Xolesterol (yağa oxşayan maddə) damarların daxilində yığılaraq damarları zəif və kövrək edir, daraldır, trombların əmələ gəlməsinə səbəb olur. Nəticədə bu ürək xəstəliklərinə, infarkt və insulta gətirib çıxarda bilər.

Sarımsağın tərkibində olan nadir allisin maddəsi damarlar xolesteroldan təmizləyir, onların sağlamlığını və cavanlığını qoruyur.

Saglamolun.az rusiyalı fitoterapevt Konstantin Makarovun damarları xolesteroldan təmizləyən sarımsaqlı suyun reseptini  təqdim edir.

 

Tərkib:

- 1 iri baş sarımsaq

- 1 stəkan su

Hazırlanması:

Sarımsağı təmizləyin, əzin, üzərinə soyuq qaynanmış su tökün, 1 həftə sərin yerdə saxlayın (vaxtaşırı olaraq qarışdırın). 1 həftədən sonra məhlulu yaxşı süzün və sonra qapağı kip bağlı bankada soyuducuda saxlayın.

İstifadəsi:

Hər gün səhər 1 çay qaşığı için. Müalicə kursu - 1,5 ay. Daha sonra 1,5 ay fasilə verin və müalicəni təkrarlayın. Belə müalicə kurslarını daim etmək olar.

Sarımsaqlı su damarları təmizləməqlə yanaşı həmçinin immun sistemini möhkəmləndirir, orqanizmdə iltihabı azaldır, qurdqovucu təsir edir, xərçəngdən qoruyur.

Diqqət! Mədə və 12 barmaq bağırsağı xorası, qastrit, öd daşı xəstəliyi, pankreatit zamanı sarımsaqlı suyun qəbulu qadağandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR