Slimfit
  1. ƏDƏBİYYAT

Sarı Aşıq - Bayatıları

Sarı Aşıq - Bayatıları
Sakura

Sarı Aşıq - Bayatıları

A

Aşıq bir buğda gördü,
Buğdanı dağda gördü,
Gözəli Çanaqlıda,
İgidi Tuğda gördü.

Aşıq çırağı neylər,
Yanan çırağı neylər?
Bir çıraq Haqdan yana, 
O çıraq yağı neylər?!

Aşıq ilahi neylər,
Gərdən sürahi neylər.
Sən orda dur, mən burda,
Görək ilahi neylər.

Aşıq başı bişirər,
Bilməz naşı bişirər.
Aşıq bir hikmət görüb,
Ayaq başı bişirər!

Aşıq minaya dəyər,
Qurban minaya dəyər,
İl var bir günə dəyməz,
Gün var min aya dəyər.

Aşıq min ayə gələ,
Qurban Min ayə gələ,
Sənsiz qərarım gəlməz,
Göydən min ayə gələ.

Aşıq naşı əlindən,
Ağlar naşı əlindən.
Yastıq şikayət eylər
Gözüm yaşı əlindən.

Aşıq başına bağlar,
Zülfün başına bağlar.
Bülbül öldü, gül soldu,
Qaldı başına bağlar.

Aşıq birinnən gərək,
Sədəf dürünnən gərək.
Dünyada gözəl çoxdu,
İlqar birinnən gərək. 

Aşıq, yaxşıya məndən,
Dürrün yaxşı Yəməndən.
Salam-dua təmənna,
Apar Yaxşıya məndən.

Aşıq, yaxşıdan gözlər,
Mürgün yaxşı dan gözlər,
Baxdıqca şirin düşər,
Doymaz Yaxşıdan gözlər.

Aşıq yaxşıdı, yaxşı,
Xalın yaxşıdı, yaxşı.
Sərraf baxdı bəyəndi,
Dedi yaxşıdı Yaxşı.

Aşıq Qaramanlıdı,
Xalın qara, manlıdı,
Yaxşının tənəsindən
Yenə qar amanlıdı.

Aşığa sadağa ver,
Hirsinə qadağa ver.
Burdan salamat keçsən
Bir ye, beş sadağa ver.

Aşıq yamana gələ,
Dərdin yamana gələ.
Yaxşı yaxşıya gedə,
Yaman yamana gələ. 

Aşıq, vətən yaxşıdı,
Köynək kətan yaxşıdı.
Qəriblik cənnət olsa,
Yenə vətən yaxşıdır. 

Aşağıdan ay doğdu,
Cansız canlını boğdu.
Anası beşikdə ikən,
Qızı bir oğlan doğdu.
 
Aşığındır Sarı qız,
Sarı köynək, sarı qız,
Sinən tabutum olsun,
Saçın ilə sarı qız.

Aşığam, Yaxşı qala,
Ocağı yaxşı qala.
İstərəm bu dünyada,
Pis ölə, yaxşı qala.

B

Bu Aşıq zində deyil,
Ağlı özündə deyil,
Kim deyər haq cəmalı,
Yaxşı üzündə deyil.

Bu bulud yağın eylər,
Şam yanar, yağın eylər,
Bir çıraq haqdan yansa,
O çıraq yağı neylər?

Bu dağlar qoşa dağlar,
Verib baş-başa dağlar.
Yarım səndə gəzibdir,
Səni min yaşa dağlar!

D

Dağlarda qar qalandı,
Yağdıqca qar qalandı.
Qarğalar laçın oldu,
Laçınlar qarğalandı.

G

Gözəl Allah, gül Allah,
Qul bəndənə gül, Allah.
Mən ki, Haqq Aşığıyam,
La İlahə İlallah!.

Gözəllik soy iləndi,
Şahmar da soy ilandı,
Nəsimi tək bu Aşıq,
Yolunda soyulandı.

Q

Qarşıda yaxşı dağlar,
Köçməyə yaxşı dağlar,
Hər kəsin bir dağı var,
Aşıqı Yaxşı dağlar.

M

Mən Aşığam, gündə mən,
Kölgədə sən, gündə mən.
Qurban ildə bir olar,
Sənə qurban gündə mən.

Mən Aşığam yerim sal,
Kürdü üstə terim sal.
Sağ saldın, sayrı çıxdı,
Aşıq deyir yeri mis al.

Mən aşiqəm qanlı gül,
Qanlı seviş, qanlı gül,
Yemiş bülbül bağrını,
Çıxmış ağzı qanlı gül.

Mən aşiqəm ha sarı,
Sınıq könlüm ha sarı.
Aşıq dərddən ev tikmiş,
Qəmdən çəkmiş hasarı.

Mən aşiqəm gülə naz,
Bülbül eylər gülə naz.
Dünya yaman dünyadır,
Ağlayan çox, gülən az.

Mən aşiqəm ha Kərim,
Yetiş dada ha Kərim.
Gen dünya sənin olsun,
Mənə bəsdir Həkərim.

Mən Aşığam nədəndi,
Nə sünbüldü, nə dəndi.
Ağzı yox adam tutar,
Tapın görüm nədəndi.

Mən Aşığam bir ata,
Bir oğuldur, bir ata.
Qırx dəvə, səksən qatır
Yüklənibdi bir ata.

Mən Aşığam buz bağlar,
Əyri bağlar, düz bağlar.
Aşıq bir hikmət görüb,
Od içində buz bağlar.

Mən Aşığam, lələ mən,
Qəflətdəyəm hələ mən.
Dərddən, qəmdən, hicrandan
Bağlamışam şələ mən.

Mən aşiq Güləbirdə,
Şeh düşdü Güləbirdə.
Bir quş olub uçaydım,
Qonaydım gülə bir də.

Mən aşiq ağla barı,
Gözlərim, ağla barı.
Ayrılıq yəqin oldu,
Yar, döşən, ağla barı. 

Mən Aşıq, yasəmən siz,
Bağların yasəmənsiz.
Mən öldüm gülə həsrət,
Gül sənsiz, yasəmənsiz.

Mən Aşıq dağ itdi,
Duman gəldi, dağ itdi.
Biz də bir oymaq idik,
Fələk vurdu dağıtdı.

Mən aşıq qara niyaz, 
Ağ üzdə qaranı yaz.
Hər kağızın başında
Mən bəxti qaranı yaz.

Mən Aşıq, qara baxtım,
Ağ baxtım, qara baxtım.
Sinən yadıma düşdü,
Dağlarda qara baxdım.

Mən Aşıq qan ayağı,
Qan əli, qan ayağı.
Aşıq bir şey görübdü,
Üç başı, on ayağı.

Mən aşıq bilən bizi,
Tutubdu bilən bizi.
Dardayıq, unutmasın
Tanıyan, bilən bizi.

Mən aşıq yara sızlar,
Bayqular yara sızlar,
Yaralının dərdini 
Nə bilər yarasızlar?

Mən Aşıq Qaradağlı,
Qar tutmaz Qaradağlı.
Elim Məzməzək eli,
Yurdumdu Qaradağlı.

Mən Aşıq Mirov səndən,
Heç getməz qırov səndən.
Yüz il ovçuluq etdim,
Vurmadım bir ov səndən.

Mən Aşıq, o yar mənim,
Qəm bağrım oyar mənim.
Məkkəmdi, Mədinəmdi,
Qibləmdi o yar mənim.

Mən Aşıq, gülən dəmlər,
Şeh düşmüş – güldə nəmlər.
Gülsün indi gülənlər,
Getdi biz gülən dəmlər.

Mən aşıq tərsinə qoy,
Tər təni tərsinə qoy.
Yaxşını qibləsinə,
Aşığı tərsinə qoy. 

Mən Aşıq, yara bağlar,
Yar meylin yara bağlar.
Yaramı yar bağlasın,
Yar yaxşı yara bağlar.

Mən Aşıq, ağzındayam,
Aləmin ağzındayam.
Əslim Qarabağlıdır,
Məzməzək ağzındayam.
 
Mən Aşıq, ay qır ağı,
Heç olmaz ay qırağı.
Açıldı bulud zülfün,
Göründü ay qırağı.

Mən Aşıq qaşı-qaşı,
Bişirər qaşıq aşı.
Aşığı yoldan eylər,
Yaxşının qara qaşı.

Mən aşıq, zarı canım,
Saralıb sarı canım.
Səndən ayrı düşəli
Qalmayıb yarı canım.

Ş

Şirvanda Qəbələ var,
Şəki var, Qəbələ var.
Hicran düşkünü Aşıq,
Əlində qəbalə var.

Aşıq Qaramannıdı,
Xalın qara mannıdı. 
Yaxşının tənəsindən 
Dağda qar amannıdı.

  • * *

Aşıq yaxşı Yamannan, 
Xalın yaxşı yamannan 
Gedirsən salam-dua 
Apar Yaxşıya mənnən.

  • * *

Aşıq da ayin dilər,
Bədr oldu ay indilər. 
Yaxşıynan keçən günlər 
Olaydı ay indilər!

  • * *

Gecələr ay ilişi,
Yaxşınm ay, il işi,
Aşığı candan eylər 
Yuxudan ayılışı.

  • * *

Aşıq yaxşı dan gözlər, 
Mürgün yaxşı dən gözlər. 
Baxdıqca şirin düşər, 
Doymaz Yaxşıdan gözlər.

Aşıq Qaramannıdı,
Xalm qara mannıdı.
Yarm soyuq üzünnən 
Genə qar amannıdı.
 

  • * *

Aşıq Qaraman çəkər. 
Xalın qara man çəkər. 
Yaxşının tənəsindən 
Dağda qar aman çəkər.

Mən Aşıq yaxşılığa, 
Düşməsin Yaxşılığa, 
Güldə gül camalı var, 
Yaxşıda yaxşı liqa.

  • * *

Aşığa oda dağlar, 
Düşməsin oda dağlar. 
Yaxşı yar fərağında 
Eyləyər o dad, ağlar.

  • * *

Mən Aşıq bu dəm ahda, 
Dərd məni budamaqda. 
Öləydim, görməyəydim 
Yaxşını bu damaqda.

  • * *

Yaz yerə xalı saldı, 
Butası xalis aldı.
Aşığı qara günə 
Yaxşının xalı saldı.

  • * *

Mən Aşığam ya xaqan, 
Ya sultansan, ya xaqan. 
Yaxşının hənəyindən 
Əl qan, üz qan, yaxa qan.
 

  • * *

Mən Aşıq o güneylər, 
Yaxşı yar ögü neylər.
Yar yarına qovuşsa,
Bayramın o gün eylər.

  • * *

Atdanmışam, düşmənəm, 
Yamanlığa düşmənəm. 
Aşığam, Yaxşı yarın 
Heç yadma düşmənəm.

  • * *

Qazanda qaşıq aşı,
Bişirir qaşıq aşı.
Aşığı yoldan eylər 
Yaxşının qaşı, qaşı.

  • * *

Alışdı dəm qamışı,
Xoş söhbət, dəm qamışı, 
Yaxşının quluyam mən, 
Bir qalıb damğam işi.

  • * *

Aşığm yüzdür işi, 
Sarrafm yüz dür işi.
Aym bulud yarası, 
Yaxşının üz duruşu.

  • * *

Su gəlir bəndə yaxşı, 
Tanrıya bəndə yaxşı. 
İmran dilli Aşığı 
Salıbdı bəndə Yaxşı.
 

  • * *

Həmdəmi yaxşı sına, 
Qıyma ki, yaxşı sına. 
Min bir yaxşı tay olmaz 
Aşığın Yaxşısına.

  • * *

Xalın yaxşı dur, yaxşı, 
Mənsiz yaxşı dur, Yaxşı! 
Sərraf könlüm ha deyər: 
Aşıq, yaxşıdır Yaxşı.

  • * *

Tutmusan bu sadağı, 
Ovçular busa dağı. 
Getməz Aşıq könlündən 
Yaxşınm busə dağı.

  • * *

Aşıq, aşın bişdi gəl, 
Bişdi yerə düşdü, gəl! 
Yaxşı günün həmdəmi
Yaman günə düşdü, gəl!

  • * *

Gəldi bu yaxşı suvar,
Gir bağa, yaxşı suvar. 
Aləmin malı, mülkü, 
Aşığın Yaxşısı var.

  • * *

Yaz gəldi, gəl bu dağa, 
Bülbülüm, gəl budağa! 
Qovar yorğun Aşığı 
Yaxşının kəlbi dağa.
 

  • * *

Dağda qar alar məni, 
Xalın qaralar məni. 
Aşığam, Yaxşı yarsız 
Basar qaralar məni.

  • * *

Sənin süzgün gözlərin, 
Qəmdən üzgün gözlərin. 
Yaxşıdan doymaz, Aşıq, 
Baxsa yüz gün gözlərin.

  • * *

Gəl qaşqa, kəlbin ala. 
İyirmi kəlbin ala.
Aşıq, naşıdı nalbənd, 
Dayanmır gəl bu nala.

  • * *

Mən Aşıq qəmə suvar, 
Qanımnan qəmə suvar. 
Yaxşınm kəlbi qanıq, 
Ağzmda qəməsi var.

  • * *

Bağçanız günəvərdi, 
Gülümsər günə vərdi. 
Sərviniz üryan Aşıq, 
Özünü günə verdi.

  • * *

Aşığm günü qara,
Qış saldı günü qara. 
Yaxşıya günüdür qəm, 
Yaxşı ağ, günü qara.
 

  • * *

Mən Aşıq Yaxşı yara, 
Yaxşıya yaxşı yara.
Yaxşı qəmzəsi vurmuş 
Sinəmə yaxşı yara.

  • * *

Aşığam yaxşı yara,
Yar vurar yaxşı yara. 
Zəncir salm boynuma, 
Aparın Yaxşı yara.

  • * *

Qannısan, yaxşı dağlar, 
Yaman da, yaxşı da ağlar. 
Hər kəsin bir dağı var, 
Aşığı Yaxşı dağlar.

  • * *

Qarşıda, ha İrandı,
Ha Rumdu, ha İrandı. 
Yamana baxmaz Aşıq, 
Yaxşıdan ayırandı.

  • * *

Aşıq, gedər atdı gün, 
Dağdan dağa çatdı gün. 
Yaxşının ay üzünü 
Görən kimi batdı gün.

  • * *

Aşıq deyər şah Araz, 
Yaxan tutub şeh, Araz. 
Yaxşı kimi yaxşı yar. 
Könlüm kimi şəhər az.
 

  • * *

Ağ yazı dağ aranı, 
Kəsibdi dağ aranı. 
Yaxşıdan ötrü 
Aşıq Ha gəzər dağ-aranı.

  • * *

Aşıq, yarın Yaxşı yar, 
Cərrah, yaram yaxşı yar. 
Tanrım ürcah eyləsin 
Yaxşı yara yaxşı yar.

  • * *

Dolandım dağı, gəldim, 
Dilimdə ağı gəldim. 
Yaxşı, Yaman əlindən 
Dad qılan çağı gəldim.

  • * *

Mən Aşıq bu dar gündə, 
Qəm məni budar gündə. 
Könlüm istər Yaxşını, 
Gələydi bu dar gündə.

  • * *

Açılıb bağçada gül, 
Bağda gül, bağçada gül. 
Aşığa gülən Yaxşı, 
Əlində bax cada, gül.

  • * *

Bu qala yaman qala, 
Düşmüşəm yaman qala. 
Rəvamı Yaxşı ölə, 
Yerində yaman qala?!
 

  • * *

Aşığa Bayat yaxşı, 
Kölgədə ha yat, Yaxşı! 
Canım oxuna qurban, 
Oyanıb hey at, Yaxşı!

  • * *

Mən Aşıq ayaq açar, 
Buluddan ay ha qaçar. 
Yaxşınm sorağında 
Xəyalım aya qaçar.

  • * *

Mən Aşıq yüz sənəmi, 
Səfyanın yüz sənəmi. 
Yaxşıynan keçən günə 
Verərəm yüz sənəmi.

  • * *

Nal tökdürər dağ ata, 
Hökmrandı dağ ata. 
Aşıq, Yaxşı yolundan 
Dımağıynan dağ ata.

  • * *

Gilənar yaxşı gilə,
Kök atıb yaxşı gilə. 
Aşıq gözübağlı da 
Tuş gedər Yaxşıgilə.

  • * *

Aşığı el saxladı,
Sazmı tel saxladı. 
Gördü Yaxşı camalm, 
Qanlılar əl saxladı.
 

  • * *

Aşığın dağ gücü var, 
Körpünün tağ gücü var. 
Yaxşı dərdi çəkirəm, 
Dizimdə haqq gücü var.

  • * *

Aşığa busə bir də,
Xeyir var bu səbirdə. 
Qorxuram Yaman gələ, 
Yaxşını busə bir də.

  • * *

Xan dağlar, paşa dağlar, 
Tək dağlar, qoşa dağlar. 
Yaxşı, Aşıq bağrmı 
Qızdırar maşa, dağlar.

  • * *

Mən Aşıq Günaşanda, 
Ay gülər gün aşanda. 
İncimə, Yaxşı yarım.
Sən handa, Günəş handa.

  • * *

Bu nədir, aman Allah, 
Qandırmı daman, Allah?! 
Yaxşıya yaxşı yazar, 
Yamana yaman Allah.

  • * *

Mən Aşıq zində deyil, 
Ağlı özündə deyil.
Kim deyir haqq camalı 
Yaxşı üzündə deyil!
 

  • * *

Qarşımızda ya dağlar, 
Ya düyünlər, ya dağlar. 
Aşıq, Yaxşı ölübdü, 
Dost inildər, yad ağlar.

  • * *

Geyinibdi yar sarı, 
Bayqu meyli yar sarı. 
Kəbədə ölsə Aşıq, 
Yönün qoyun yar sarı.

  • * *

Tər təni tər sinə qoy, 
Qüsl eylə, tərsinə qoy. 
Yaxşını qibləsinə,
Aşığı tərsinə qoy.

  • * *

Mən Aşıq bu dağ haray, 
Dumandı bu dağ hər ay. 
Bülbül yuva qurunca 
Qurudu budaq, haray!

  • * *

Aşıq deyər odu yar, 
Yara məskən o diyar. 
Ağlasa yanğın eylər 
Canımdakı odu yar.

Dağlarm vay qarıdır, 
Fərhada vay qarıdır. 
Aşıq tez qarımazdı,
Onu bu vay qarıdır.
 

  • * *

Aşığam dərdiməndə, 
Aləmin dərdi məndə. 
Göstərdim eşq odunu, 
Ağlatdım dərdi mən də.

  • * *

Aşıqda qiyam dağı, 
Qarğışa qıyam dağı.
Bir maral itirmişəm, 
Tutubdu qiyyam dağı.

  • * *

Mən Aşıq düşdü gözüm, 
Gördüyün duşdu, gözüm! 
Baxdı yarı görmədi, 
Gözümdən düşdü gözüm.

  • * *

Aşığam, nə sin deyim,
Nə əlif, nə sin deyim. 
Qomalamış dərd məni, 
Halımm nəsin deyim?!

  • * *

Gəl, Aşıq, yaxa suvar,
Ya qəlpi, ya xası var. 
Fələk, əlin dəyməmiş 
Gör kimin yaxası var?!

  • * *

Atdandıq düşəndə nal,
At büdrər düşəndə nal. 
Aşıq, dərdinə dərman 
Var, dərdə düşəndən al.
 

  • * *

Bağların aramı su, 
Aşığa haramı su. 
Yamandan betər kəsib 
Yaxşıynan aramı su.

  • * *

Bu dağlar qanlı dağlar. 
Sinəmi qanlı dağlar. 
Yıxılıb Aşıq üstə 
El ağlar, qanlı dağlar.

  • * *

Qərib el deyib ağlar, 
Bülbül gül deyib ağlar. 
Yaxşısı ölən Aşıq 
Hər gün dil deyib ağlar.

  • * *

Mən Aşığam baxtı kəm 
Yar zülfünə bağ tikəm. 
Fələyə neyləmişdim, 
Fələk mənə baxdı kəm.

  • * *

Aşıq ha yara qanar,
Səg rəqib yaraq anar.
Əl vurma, naşı təbib, 
Sinəmdə yara qanar.

  • * *

Buxaq altı qənd ağı, 
Hicran günü qənd ağı. 
Səndən ayrı Aşığa 
Zəhrimardı qənd axı.
 

  • * *

Mən Aşıq belə bağlar, 
Kəmərin belə bağlar.
Göz yaşım selə döndü, 
Möhtacdı belə bağlar.

  • * *

O Xoydu, o da Salmas, 
Canımdan od azalmaz. 
Heç pərvanə Aşıqtək 
Özünü oda salmaz.

  • * *

Günümüz nə qaralı,
Hay salar nağaralı.
Aşıq bir oda düşüb,
Nə yanı, nə qaralı.

  • * *

Aşığın yar xəyalı, 
Bayqunun yar xəyalı.
Nə bu dağdan qar gedər, 
Nə məndən yar xəyalı.

  • * *

Aşıq deyər o yan gül, 
Oyan bülbül, oyan gül. 
Ayrılıq tikanıynan 
Qara bağrım oyan gül.

  • * *

Aşıq deyər yüz yal var. 
Bir gədik var, yüz yal var. 
Fələk bildiyin eylər,
Yüz ətəklə, yüz yalvar.
 

  • * *

Aşıq deyər Ay dursun, 
Ülkər yatsın, Ay dursun. 
Qəbrim üstən keçəndə 
Gün əylənsin, Ay dursun.

  • * *

Mən Aşıq Gülalanda,
Gül bitər Gülalanda. 
Yarım yadıma düşər 
Əlimə gül alanda.

  • * *

Aşıqda qəm qalağı,
Doğra tök qamqalağı. 
Dağdan uca könlümü 
Tutubdu qəm qalağı.

  • * *

Bir Tərtər, bir İncə var, 
Karvan çək, birincə var. 
Aşığın gizli dərdi 
Dağlarm birincə var.

  • * *

Bu dağlar ozan yeri, 
Aşığın azan yeri.
İlan ollam, öpərəm 
Ayağın gəzən yeri.

  • * *

Aşığam, az arım var, 
Dərdim var, azarım var. 
Səni görsəm sağallam, 
Görməsəm ha zarım var.
 

  • * *

Aşıq dərdi varaqlar,
Sızlar, dər-divar ağlar. 
Ağlamaz bica yerə,
Hicran dərdi var, ağlar.

  • * *

Ha sarıyam, ha sarı,
Təbib, yaram ha sarı.
Aşıq dərddən ev tikmiş, 
Qəmdən çəkmiş hasarı.

  • * *

Ev tikən dayaq alar,
Tifilə dayə qalar.
Yaxşısız ölər Aşıq,
Bir uçuq dəyə qalar.

  • * *

Qara qış, qara çilə,
Yaz gələ qar açıla.
İstəsən yol açılsın 
Göz yaşım qara çilə.

  • * *

Piyalə dolu xubdu,
İçməyə dolu xubdu.
Aşıq yar gəzən yeri 
Görübdü, doluxubdu.

  • * *

Bayquş mənəm, bayquş mən 
Hər bir quşdan say quş mən. 
Aşığın həmdərdiyəm, 
Sızıldaram yay-qış mən.
 

  • * *

Aşıq az binə bağlar, 
Meylin Qəzvinə bağlar. 
Gözüm yaşı göl olar, 
Ördək, qaz binə bağlar.

  • * *

Aşıq, hanı şahadın, 
Şahlar alar şah adın. 
Dəyirmandır bu dünya, 
Fələk yığar şahadın.

  • * *

Yamansan, yaman, a qış 
Qaraynan yaman, a qış! 
Kəsdin Aşıq yolunu, 
Açmısan yaman ağuş.

  • * *

Mən Aşıq əsir gəmə, 
Səməndim əsir gəmə. 
Qapına qəma gəldim, 
Sayiləm, əsirgəmə.

Bostanı gündə ləklə, 
Gün çıxsın, gündə ləklə. 
Aşıq, hicran yoxuşun 
Çıxdıqca gündə ləhlə.

Aşıq, tut Yaxşı yaşın, 
Oxunar yaxşı yasin. 
Dımaq çalıb sinəmdə 
Qazaram Yaxşıya sin.
 

  • * *

Dərdli qəm çəkər Aşıq. 
Eşqinə çəkər Aşıq.
Tanrı baxdı, bəyəndi:
- Var - dedi, - çək, ər Aşıq!

  • * *

Yolundan azan aşıq,
Sızıldar əzan, aşıq!
Dünya Kəbədir eşqə,
Çıx bir, çək azan, Aşıq!

  • * *

Bu gələn arx hasıdı,
Dağ dağın arxasıdı.
Yar bağı yanır, Aşıq,
Göz yaşın arxa sudu.

  • * *

Şirvanda Qəbələ var,
Şəkil var, Qəbələ var. 
Hicran düşkünü Aşıq,
Əlində qəbalə var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR