Slimfit
  1. DÜNYA

Sanksiyalar Moskvanı məngənəyə salır

Sanksiyalar Moskvanı məngənəyə salır
Sakura

Sanksiyalar Moskvanı məngənəyə salır

Helsinki sammiti əks effekt doğurub – bəlkə də, Putin və Trampın (Donald Trump) qarşılıqlı xəyal qırıqlığına görə. Vaşinqtonla münasibətlərdə istilik əvəzinə Rusiya yeni sanksiyalarla üzləşib.

Veteninfo.az xəbər verir bu haqda "Financial Times” qəzetində yayımlanan məqaləsində deyilir.

"Sanksiyalar Rusiya iqtisadiyyatı ətrafında sıxlaşan məngənəyə bərabərdir”

İqtisadi diverfikasiya ilə yaşanan uğursuzluq, həmçinin qanunun aliliyi və insan hüquqlarının müdafiə olunmaması Rusiyaya baha başa gəlib. "Bu, təkcə xarici investisiyaların qarşısını almır. Bu, məmurların yerli sahibkarlara münasibətində talançı fəaliyyəti təşviq edir. Yeni sanksiyalar Rusiyanı qərb texnologiyaları və iqtisadiyyatın modernləşdirilməsi üçün hava-su kimi lazım olan maliyyə dəstəyindən daha çox məhrum edəcək”, - nəşr yazır. 

Bununla belə, Kreml pensiya yaşının və ƏDV-nin artırılması ilə əlaqədar etirazlarla üzləşib. "Sorğular göstərir ki, ruslar Putinin vətənpərvərliyi iqtisadi maraqlardan üstün tutmaq tələblərindən bezib”, - "Financial Times” xəbər verir. Yeni sanksiyalar Moskvanın Rusiyanın mühasirəyə alınmış qala obrazını təsdiqləyən təbliğat maşınına kömək edəcəkmi? Bu məsələ hələ aydınlaşmayıb.

Rusiyanın təkrar cinayətlərdən uzaq tutmaq istəyi siniriflicedici maddədən istifadə ilə əlaqəli tədbirlərin qəbul edilməsi üçün motiv hesab edilir. Dövlət Departamenti və Konqres də Putini tənqid etməkdən imtina edən prezident Trampın əl-qolunu bağlamaq istəyir.

"Amerika administrasiyasının bir hissəsi belə Rusiyanın qanunsuz əməllərinə qarşı sərt, qəti tədbirləri qəbul etməyə hazır olsa, yaxşı olar. Lakin ABŞ-ın vahid, ardıcıl siyasəti daha yaxşı olar. Üstəlik, Kremlin davranışını dəyişdirməyə çalışan ABŞ digər tərəfdaşları ilə koordinasiya saxlamalıdır. Solsberidə zəhərlənmə hadisə ilə bağlı Vaşinqtonun qəbul etdiyi tədbirlər Britaniyanın baş naziri Tereza Meyin (Theresa May) Rusiyaya qarşı sərt mövqeyini müəyyən mənada möhkəmlədir. Ancaq hələlik onlar Britaniyanın addımlarını müəyyənləşdirir”.

Məqalədə deyilir ki, Moskva təmiz səhifədən başlamaq qərarına gəlsə, sanksiyalar həmçinin bu tədbirlərin ləğvinə inam yaratmalıdır. Ukraynaya müdaxiləyə görə tətbiq edilən sanksiyaları qanun şəklinə salmaqla, yeni tədbirlər əlavə etməklə Konqres Kremli inandıra bilər ki, onları heç vaxt ləğv etməyə hazırlaşmayıb və onlar daimi təzyiq vasitəsi kimi nəzərdə tutulub.

"Onda Moskva qərara gələ bilər ki, onlara riayət etmək faydasızdır və Qərbin parçalanmasına yönəlmiş səyləri aktivləşdirə bilər. Qərbin ardıcıl siyasətinin olmaması sanksiyaların Rusiyaya vurduğu iqtisadi zərəri artırmaq iqtidarında olan qeyri-müəyyənlik yaradır. Nəticə etibarilə bu, onları daha effektiv edə bilər”, - məqalə yazır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR