Dərc edildi: Baxış sayı: 397
Samux rayonunda yeni mərkəzi xəstəxananın tikintisinə başlanılır
Səhiyyə Nazirliyi Samux rayonunda yeni mərkəzi xəstəxananın tikintisinə başlayır.
“Report” xəbər verir ki, nazirlik bu məqsədlə “Fərid inşaat” firması ilə müqavilə bağlayıb.
Kommersiya qurumuna 6 852 838 manat ödəniləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 8-də “Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət