Samsung-un yeni qatlanan smartfonu – Galaxy Z Flip
Əvvəllər onun Galaxy Bloom və ya Galaxy Fold 2 adlandırılacağı ehtimal edilirdi
Yaxın günlərdə məlum olub ki, əyilən ekranla təchiz olunacaq növbəti Samsung smartfonu əvvəllər hesab edildiyi kimi, Samsung Galaxy Fold 2 deyil, Galaxy Bloom adı altında çıxacaq.
TED.az xarici mətbuata istinadən xəbər verir ki, indi Ice Universe ləqəbli məlumatlı şəbəkə xəbərçisi, Galaxy Bloomun, Samsung Galaxy Z Flip adı altında mağazalarda görünəcək smartfonun yalnız işlək adı olduğunu bildirib. Həmçinin smartfonun adından başqa heç nə olmayan ilk tizer də dərc olunub.
Xatırladaq ki, smartfonun ekranı içəri əyiləcək və o, forma faktoruna görə buraxılışı bu ilin ikinci rübünə keçirilmiş Moto Razr 2019-ə bənzəyir. Beləliklə, Galaxy Z Flip bazarda daha tez görünmək üçün bütün şanslara malikdir.
Galaxy Z Flip-in təqdimatı fevralın 11-də gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət