“Samsung” şirkəti “Galaxy J4+” və “J6+” smartfonlarını təqdim edib
“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+” adlı modellər 720x1480 piksel təsvir ölçülü 6 düymlük displey, 3300 milliamper/saat tutumlu akkumulyator və 4 nüvəli prosessorla təchiz ediliblər.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” resursuna istinadən yazır ki, “Galaxy J6+” smartfonu 3/4 QB-lıq əməli yaddaş, 32 və ya 64 QB-lıq daxili fləş yaddaşa malik versiyalarda, “Galaxy J4+” aparatı isə 2+16 QB və ya 3+32 QB-lıq versiyalarda əlçatandır.
“Galaxy J6+” smartfonunun kənar tərəfində barmaq izləri skaneri quraşdırılıb, 13+5 meqapiksellik ikiqat əsas kamera ilə təchiz edilib. Qara, gümüşü və qırmızı rəngli korpuslarda əlçatandır. “Galaxy J4+” aparatında barmaq izləri skaneri mövcud deyil, 13 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Qara, qızılı və qırmızı rəngli korpuslarda əlçatandır. “NFC” texnologiy
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət