Slimfit
  1. DÜNYA

“Samsung” növbəti üç ildə 160 milyard dollar sərmayə yatıracaq

“Samsung” növbəti üç ildə 160 milyard dollar sərmayə yatıracaq
Sakura

“Samsung Electronics” şirkəti qarşıdakı 3 il ərzində yeni layihələrə 180 trilyon Koreya vonu (160 milyard…

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti qarşıdakı 3 il ərzində yeni layihələrə 180 trilyon Koreya vonu (160 milyard ABŞ dolları) sərmayə yatıracaq.

AZƏRTAC şirkətin məlumatına istinadla xəbər verir ki, bu, hökumətin investisiyaların çoxaldılması və yeni iş yerlərinin yaradılması ilə bağlı xahişinə əsasən həyata keçiriləcək. “Samsung Electronics” ölkə iqtisadiyyatının canlandırılması üçün sərmayələrin çoxaldılmasına qərar verib. Yeni sərmayələr əsasən yüksək texnoloji sahələrə, o cümlədən süni intellekt, 5-ci nəsil mobil rabitə şəbəkəsi və biotexnologiya istiqamətlərinə yönəldiləcək. Şirkət kiçik sahibkarlıq subyektləri ilə əməkdaşlığını da genişləndirməyi nəzərdə tutur. Nəticədə, ümumilikdə 700 minə yaxın yeni iş yerinin açılması gözlənilir.

Texnologiya nəhəngi tələbə və elm adamları üçün nəzərdə tutulan təqaüd fondunun məbləğini 35 milyon dollardan 90 milyona çatdırmağı da planlaşdırır.

Qeyd edək ki, dünyanın ən böyük yarımkeçirici və smartfon istehsalçısı olan “Samsung Electronics”in bu qərarı ölkə Prezidenti Mun Ce-inin ötən ay şirkətin de-fakto rəhbəri Li Ce-yonq ilə görüşündən sonraya təsadüf edir. Həmin görüşdə Mun Ce-in şirkət rəhbərindən ölkə iqtisadiyyatına daha çox sərmayə yatırmaqla yeni iş yerlərinin yaradılmasını xahiş etmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR