Slimfit
  1. TEXNOLOGİYA

“Samsung Galaxy S10” smartfonu “Wi-Fi” şəbəkəsinin sürətini dörd dəfə artıracaq

“Samsung Galaxy S10” smartfonu “Wi-Fi” şəbəkəsinin sürətini dörd dəfə artıracaq
Sakura

“Samsung Galaxy S10” smartfonu “Wi-Fi” şəbəkəsinin sürətini dörd dəfə artıracaq

“Samsung” şirkətinin növbəti qabaqcıl “Galaxy S10” smartfonu “Wi-Fi 6” (802.11ax) simsiz texnologiya standartını dəstəkləyən ilk qurğulardan olacaq. Hazırkı “Wi-Fi 5” (802.11ac) ilə müqayisədə yeni versiya 4 dəfə çox yüksək buraxılış qabiliyyətini və simsiz şəbəkəyə daha sabit qoşulmanı təmin edəcək.

ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, bundan başqa, spektrdən daha effektiv istifadə və digər texnologiyaların tətbiqi sayəsində növbəti nəsil standart akkumulyator yükünü azaldacaq ki, bu da qurğuya daha çox işləməyə imkan verəcək. “Galaxy S10” smartfonunda “Wi-Fi 6” üçün hazır olan “Snapdragon 855” platformasının quraşdırılacağı gözlənilir.

“Droid Life” saytının ABŞ Federal Rabitə Komissiyasının (FCC) sənədlərinə istinadən məlumatına görə, “Wi-Fi 6” standartını “Galaxy S10” model sırasına daxil olan bütün modellər, o cümlədən “Galaxy S10 Plus” və ucuz “Lite” smartfonları dəstəkləyəcək.

“Galaxy S10” smartfonunun təqdimatı fevralın 20-də eyni anda iki şəhərdə – San-Fransisko və Londonda keçiriləcək. İlkin sifarişlərin qəbuluna həmin gün, satışlara isə martın 8-dən etibarən başlamaq nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR