Dərc edildi: Baxış sayı: 500
“Samsung Galaxy Note S9”un fotoları yayıldı
İnternetdə hələ təqdimatı keçirilməyən “Samsung Galaxy Note S9” flaqman smartfonunun fotoları yayılıb.
İKT.lent.az-ın NDTV saytına istinadən verdiyi xəbərə görə, cihaz 6,3 ölçülü Super AMOLED ekranla (1440 x 2960), “Exynos 9810” və Snapdragopn 821” prosessorları ilə təchiz olunub. Operativ yaddaş 6 Gb, daxili yaddaş 64Gb-dır. Əsas kamera ikilidir (12+12 meqapiksel), ön kamera isə 8 Mp-dir. Batareyanın tutumu 4000 mAs-dir.
Cihazın təqdimatı avqustun 9-na nəzərə tutulub. Avqustun 14-dən etibarən ilkin sifarişlər qəbul olunacaq, satışlara isə avqustun 24-dən start veriləcək.
Smartfonun qiyməti 960 dollardan başlayır.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət